İlham Əliyev: “Azərbaycan heç vaxt bugünki kimi güclü, azad və müstəqil olmayıb”

“Azərbaycan tarix boyunca heç vaxt bugünki kimi güclü, azad və müstəqil olmayıb. Hazırki dövr əsl müstəqillik dövrüdür. Biz heç kimdən asılı deyilik, əminliklə irəli gedirik və perspektivlər çox açıq və aydındır. Cəmiyyətdə inkişafla bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha sübut etdi”, deyə İlham Əliyev bu gün Sumqayıt şəhərində çıxış edərkən bildirib.
“Xaricdən kimsə bizə nə isə diktə etmək istədikdə, qoy iki dəfə düşünsün. Biz heç kimlə əmr dilində danışmırıq və heç kimdən asılı deyilik. Biz yalnız öz gücümüzə güvənirik, nə siyasi, nə maliyyə cəhətdən heç kimdən asılı deyilik və öz taleyimizi özümüz həll edirik”, deyə o qeyd edib.