İlin ilk 6 ayında 28 yeniyetmə intihar edib

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 28 yeniyetmə intihar edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycanda uşaq və gənclər arasında intiharların səbəbləriylə bağlı izahatında intiharların səbəblərinin müxtəlif olduğu deyilir.
“Dünyada araşdırmalar göstərir ki, intiharlar daha çox 16-18 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir”.
Xəbərdə deyilir ki, intiharların əsas səbəbləri məişət və ailə zorakılığı, dini sektaların təsiri, internetin mənfi tərəfləri, sosial vəziyyət, xəyanət, ünsiyyət imkanlarının olmamasıdır.
“Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır. Məsələn, uşaqlarda bəzən özünəqapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir”, – deyə məlumatda bildirilir.