İslam Kərimov vəfat etdi

Özbəkistan Prezidenti İslam Kərimov 78 yaşında vəfat edib. Reuters agentliyi diplomatik mənbələrə istinadla Özbəkistan dövlət başçısının vəfat etdiyi məlumatını yayıb.
Məlumata görə, diplomatik mənbələrdən Kərimovun vəziyyətini soruşduqda, “Bəli, o, vəfat edib” – cavabı verilib.
Qeyd edək ki, ötən gün Kərimovun sağlamlığının kəskin pisləşdiyi barədə xəbərlər yayılmışdı.
Şənbə günü beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Özbəkistan prezidenti 1989-cu ildən bəri ölkəni idarə edirdi.