Joseph Dunford: “Putin ən böyük təhlükəyə çevrilir”

Photo: AP Photo/Molly Riley
ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Joseph Dunford Rusiyanın təcavüzkar hərəkətlərini ölkənin milli maraqları üçün ən böyük potensial təhlükə adlandırıb.
Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Rusiya prezidenti Vladimir Putinin Ukrayna, Krım, Gürcüstandakı hərəkətlərinə baxdıqda, bu mənə deməyə əsas verir ki, Rusiyanın davranışları və mühüm qaynar nöqtələrdə silahlanma həcmi onları bizim üçün əsas çağırışa və ABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükəyə çevirir”, – deyə o bildirib.