Kafirlikdə ittiham olunan iordaniyalı yazıçı qətlə yetirilib

Öz Facebook hesabında satirik karikatüra paylaşdıqdan sonra İslam dinini təhqirdə ittiham olunaraq həbs edilmiş iordinayalı yazıçı öldürülüb.
Petra xəbər agentliyi yazır ki, Nahid Hattar Əmman şəhər məhkəməsinin qarşısında üç güllə ilə vurulub.
Yerli medianın yazdığına görə, polis onu öldürəni saxlayıb və cinayət işi açıb.
Xristian dininə sitayiş edən yazıçı avqust ayında Allahı təhqir etdiyinə görə 15 sutka həbs cəzası alıb.
Onun paylaşdığı karikatürada saqqallı bir kişinin iki qadınla birgə yataqda uzanaraq və çəkərək Allahdan içki xahiş etməsi təsvir edilib.
Nahid Hattar sosial mediada İslama qarşı olmaqda ittiham olunub.
O bildirib ki, təhqir etmək niyyəti olmayıb, radikal islamçıların cənnət haqda düşüncələrini göstərmək istəyib.
Lakin hökümət onun şəriət qanunlarını pozduğunu deyib.