Kuril adaları mübahisəsində razılaşma əldə edilə bilər

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Shinzo Abe ilə Kuril adaları ilə bağlı mübahisəyə son qoymağa razılaşıb.
Sentyabrın 2-də görüşən liderlər qərara alıblar ki, bu ilin sonuna qədər hər iki tərəfi razı salacaq qərar layihəsi hazırlansın və dekabrda Putin Yaponiyaya getdikdə, yenidən bunu müzakirə etsinlər.
Qeyd edək ki, iki ölkə arasındakı əlaqələr Kuril adaları mübahisəsi üzündən illərdir gərgin atmosferdə davam edir.
Shinzo Abe jurnalistlərə deyib ki, Putinlə məsələni ətraflı müzakirə etdikdən sonra mübahisənin həllində tərəfləri razı salacaq təkliflər aydınlaşıb.
Liderlər Vladivostokda keçirilən Şərq İqtisadi Forumda bu məsələni müzakirə ediblər.