Mitinqdə həbs olunan gənclər azadlığa çıxdı – fotolar

Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 8 sutka həbs cəzası verilmiş gənclər Binəqədi rayonundakı İnzibati həbs olunanların saxlanılma məntəqəsindən azadlığa buraxılıblar.
17 sentyabr mitinqinə görə saxlanılan Toğrul İbrahim, Ruslan Qara, Nuru Nuruzadə, Elton Əli, Orxan Carçı, Məcnun Pirəliyev, Araz Səməd, Məmməd Baləmmədov, Dəyanət Əliyev, Ülfət Həsənqarayev, Kazım İmanov və Şəmistan Şahverdiyevdi İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polisin qanuni əmrlərinə tabe olmamaq) ilə ittiham olunurdular.
AXCP fəalı Toğrul İbrahim azadlığa çıxdıqdan sonra həbs müddətləri və baş verənlərlə bağlı açıqlama verib:
“Həbsdə olduğumuz dövrdə bizə qarşı heç bir zorakılıq olmadı. Bizdən ala bildikləri tək şey saçımız oldu. 8 gün ərzində kifayət qədər müşahidələrimiz oldu, bizimlə həmfikir yeni insanlar qazandıq. Hər şey yaxşıdır, fikirlərimizdə heç bir dəyişiklik yoxdur”.
Özlərini günahkar bilməyən gənclər qeyd ediblər ki, mitinq başa çatdıqlan sonra polislər aksiya iştirakçılarına hücum etdilər.
Onlar bildirib ki, irəli sürülən ittihamlar tamamilə əsassızdır.

saxlanilan-g%c9%99ncl%c9%99r saxlanilanlar

14440864_1418653411497601_5666724896781514096_n