Mitinqdə saxlanılan gənclər Yasamal məhkəməsinə çıxarılıb – yenilənir

Ən son məlumatların yazının əvvəlində
Yasamal Rayon məhkəməsi Toğrul İbrahim, Məcnun Əhməd, Ülfət Həsənqarayev və Orxan Carçı barəsində 8 sutka, Kazım İmanov haqda isə 15 sutka həbs qərarı çıxarıb. Mitinqçilər İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polisin qanuni əmrlərinə tabe olmamaq) ilə ittiham olunub.

 

17 sentyabr mitinqinə görə həbs edilənlərdən 14 nəfəri bu gün səhər Yasamal Rayon Məhkəməsinə gətirilib. Bu barədə saytımıza siyasi fəal Turan İbrahim məlumat verib. 
Milli Şuranın 17 sentyabr mitinqinə görə həbs edilənlərdən 14 nəfəri hələ də Yasamal RPİ polis bölmələrində saxlanılırdı. Onlar sentyabrın 18-də Yasamal Rayon Məhkəməsinə gətirilsələr də, az sonra yenidən saxlandıqları bölmələrə qaytarılıblar. Bu gün isə yenidən onlar Yasamal Rayon Məhkəməsinə gətirilib. Məhkəməyə gətirilən mitinqçilərin siyahısı belədir:
Toğrul İbrahim – AXCP, Ruslan Qarayev – AXCP, Nuru Nuruzadə – AXCP, Elton Əli – AXCP, Emin Manıyev- AXCP, Məcnun Əhməd – AXCP, Şəmistan Şahverdiyev, Məmməd, Kərim, Araz Səməd – AXCP, Orxan Carçı – Jurnalist, Ülfət Həsənqarayev, Dəyanət Əliyev, Nurlan.