Mitinqlərdən sonra 185 fəal saxlanıb

Milli Şuranın 26 sentyabr referendumu əleyhinə keçirdiyi iki mitinqdən əvvəl və sonra ümumilikdə 185 fəal saxlanılıb.
Bu haqda məlumatı AXCP-nin sədr müavini Gözəl Bayramlı verib.
Onun sözlərinə görə, saxlanılanların 170 nəfəri AXCP üzvü olub.
G.Bayramlı deyib ki, hazırda mitinq iştirakçılarının polisə çağırılması hələ də davam edir.
Əldə edilən məlumatlara əsasən, saxlanılanların 18 nəfərinə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib. 3 nəfər cərimə edilib, 5 nəfərə isə məhkəmə qaydasında xəbərdarlıq olunub.
Hüquq-mühafizə orqanları mitinqlə bağlı saxlanılanlar, polisə çağırılanlar barədə hər hansı statistik bilgi yaymayıb.