Muqabe özünün 4 metrlik heykəlinin açılışını edib

Zimbabve prezidenti Robert Muqabe özünün 4 mertlik heykəlinin açılış mərasimində iştrak edib. 
3.8 m hündürlüyündə olan heykəl prezidenti kostyumda, eynəkli, bir əli yumruq halında sıxılmış və yuxarı qaldırılmış halda təsvir edir. Əvvəlcə yerli heykəltəraş Dominic Benhuranın hazırladığı heykəlin təmənnasız olaraq hədiyyə edildiyini söyləyən prezident, sonradan bu heykələ görə heykəltəraşın  “çox sağ oldan” daha çoxuna layiq olduğunu bildirib.
Benhura özü isə heykəlin üzərində yarım ilə yaxın işlədiyini söyləyib: “Mən heykəli mümkün ola biləcək qədər böyük etmək istəyirdim. O bizim bir nömrədir”.
Sosial media istifadəçilərinə isə heykəltəraş Simpsons cizgi filmi tərzində təsvir olunmuş komiks qəhramanını xatırladıb.
Hal-hazırda etirazların artdığı Zimbabve isə ciddi böhran keçirir. Büdcənin 90 faizinin dövlət orqanlarının saxlanılmasına xərcləndiyi ölkədə əhalinin yalnız on faizi formal olaraq iş sahibidir.
1980-ci ildən ölkəni idarə edən 92 yaşlı Muqabe 54 ölkədən ibarət olan Afrika Birliyinə də sədrlik edir.

 

heykel