Müsavat referendum əleyhinə mitinq keçirib (foto-video)

Sentyabrın 18-də “Müsavat” partiyası “Məhsul” stadionunda 26 sentyabr tarixində baş tutacaq referenduma etiraz mitinqi keçirib.
Meydanda “Yaşasın Respublika”, Cümhuriyyəti biz qurduq. Biz də yaşadacağıq”, “Fərəc Kərimliyə azadlıq” şüarları qaldırılıb.
Mitinqdə Müsavat partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, Müsavat başqanının müavini Yadigar Sadıqlı, hüquqşünas Osman Kazımlı,  D-18 Hərəkatının lideri Ruslan İzzətli çıxış edib.
Əvvəlcə söz alan İsa Qəmbər keçiriləcək referendumun ailə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olduğunu deyib və davam edib: “Biz gələcəyi hədəf seçməliyik. Bu gün xalqın həyat səviyyəsi həddindən artıq aşağıdır, insanlar hakimiyyətin banklarının kredit girovlarına çevrilib. Yüzlərlə insan azad söz dediyi üçün həbslərə atılır, repressiyalara məruz qalırlar. Böhrandan çıxış yolunun tapılması real görünmür. Çünki bunu səbəbkarı elə bu rejimdir, İlham Əliyevdir”.
Daha sonra mitinqə gəlmək istəyən Müsavat Partiyasının rayon təşkilatlarının bir çox fəallarının polis tərəfindən saxlanıldığı elan olunub. Bildirilib ki, saxlananlar arasında Salyan, Neftçala, Tərtər rayon təşkilatlarının fəalları var.
Müsavat partiyası başqanının müavini Yadigar Sadıqlı çıxışında qeyd edib ki, referenduma edilən dəyişikliklər xalqın hüquqlarını tapdalamaqdan başqa bir şey deyil:
“Hakimiyyət neftdən qazandığı məbləğin bir hissəsini yalan tirajladığı mediayla bizə qarşı müqavimətin söndürülmədinə sərf edib. İndi hakimiyyət nümayəndələri referendumu əsaslandırmaq üçün 14 yaşlı Şah İsmayıldan nümunə gətirirlər. Ya onların bu referendumu nə məqsədlə keçirmələri haqda məlumatları yoxdur, ya da əsaslandırmağa çətinlik çəkirlər”.
Müsavat partiyasının başqanı Arif Hacılı mitinqdə yekun çıxışı edib. Arif Hacılı deyib ki, hakimiyyət öz vətəndaşları ilə apardığı mübarizədə məğlubiyyətə məhkumdur: “
“Bu gün hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır. Ona görə də hakimiyyət bu mübarizədə məğlubiyyətə məhkumdur. Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Xalq təzyiqlərə baxmayarq müqavimətini davm etdirir. Həbsdə olan siyasi məhbusların azadlığa çıxacağı gün uzaqda deyil. Həmin adamlar Azərbaycan üçün bir nümunə yaradırlar. Biz bu hakimiyyətin getməsini istəyirik”.Arif Hacılı bildirib ki, sentyabrın 24-də Müsavat partiyası mitinq keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etməyəcək. Çünki sentyabrın 24-də Milli Şura mitinq üçün müraciət edib : “Amma bütün müsavatçılar bu mtitinqdə iştirak etməldir”.Müsavat başqanı xalqı refrenedumda iştirak etməməyə, boykot etməyə çağırıb.
dsc_0849
dsc_0937
dsc_1018
dsc_1165 dsc_0952 dsc_1172
dsc_1046 fb_img_1473501474809