NASA OSIRIS-REx missiyasını başladıb

NASA Yer kürəsi üçün ən böyük təhlükələrdən biri sayılan Bennu asteroidini öyrənmək üçün OSIRIS-REx (Origins Spectral Interpretation Resource Identification Security Regolith Explorer) missiyasını başladıb.
OSIRIS-Rex-in startı yerli vaxtla 19:05-də Atlas V daşıyıcı-roketindən Kanaveral kosmodromunda həyata keçirilib. 2018-ci ildə Bennu asteroidinə çatacaq kosmik stansiyanın Yerə dönüşü 2023-cü ildə baş tutacaq.
OSIRIS-Rex stansiyası asteroidin səthindən nümunə götürməklə yanaşı, onun hərəkət trayektoriyasını da öyrənəcək. Astronomlar asteroidin xəritəsini hazırlamağı və kimyəvi tərkibini öyrənməyi planlaşdırırlar.
Qeyd edək ki, OSIRIS-Rex NASA-nın dəstəklədiyi New Frontiers proqramının sayca üçüncü və sonuncu missiyasıdır. Bundən əvvəl Plutonun öyrənilməsi üçün New Horizons və Yupiterin maqnitosferasını öyrənilməsinə həsr olunmuş Juno (Jupiter Polar Orbiter) missiyaları olmuşdur.
Bennunun diametri təqribən 500 metr, günəş ətrafında tam dönmə müddəti isə 1,2 ildir. Hesablamalara görə, asteroid 2135-ci ildə yerə ən yaxın məsafədə, 300 min km uzaqlıqda olacaq.