Neft Fondu hərraca 300 milyon dollar çıxaracaq

Azərbaycan Dövlət Neft Fondu
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılacaq.
Bu barədə bank dairələrindən məlumat verilib. Məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.
Qeyd edək ki, hər dəfə ARDNF hərraca 50 mln. dollar çıxarıb. Bankların sifarişləri isə 600 milyon dollara çatmışdı. Əsl tələbin 300 milyon dollar civarında olduğu bildirilirdi.