Nigerdə baş verən daşqınlar zamanı 38 nəfər ölüb

Nigerdə baş verən daşqınlar nəticəsində ən azı 38 nəfər ölüb, 92 min insan evsiz qalıb.
Məlumata görə, daşqınlar ən çox ölkənin qərb hissəsində yerləşən Tahua və Aqades rayonlarına ziyan vurub. Ümumilikdə ölkədə 9 min ev dağılıb, 26 min baş mal-qara tələf olub.
İnsanlar evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar məktəb və digər inzibati binalarda yerləşdirilir.
BMT-nin açıqlamasına görə, ilin sonuna qədər sel ölkədə 100 min adama təsir göstərə bilər.