Olimpiya çempionuna yeni vəzifə verilib

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Güləşçimiz Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.
Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova təsdiqləyib.
Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.
Xatırladaq ki, Fərid Mansurov 2004-cü il Afina Olimpiya Oyunlarının qalibidir. Bundan başqa o, iki dəfə – 2007 və 2009-ci illərdə dünya çempionu adını qazanıb.
MƏNBƏQol.az
Əvvəlki məqaləElmar Məmmədyarov Fransaya səfər edib
Növbəti məqalədəNatiq Cəfərli ev dustaqlığına buraxılmadı