Özbəkistanda müvəqqəti prezident təyin olunub

Özbəkistanın baş naziri Şavkat Mirziyayev müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.
Bu barədə parlamentin aşağı palatasının sədri məlumat verib: “Şavkat Mirziyayev müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək, Niqmatulla Yuldaşev öz namizədliyini geri götürüb”.
***
Saat 15.00
Özbəkistanın Baş naziri prezident vəzifəsini müvəqqəti olaraq icra edəcək şəxsin adını açıqlayıb.
Şavkat Mirziyayev bildirib ki, seçkilərə qədər Niqmatulla Yuldaşev müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.
Baş nazirin sözlərinə görə, Özbəkistan Konstitusiyasınada göstərilir ki, dövlət başçısının ölümündən sonra hakimiyyət müvəqqəti olaraq senatın sədrinə keçir.
Bundan başqa, parlamentdə keçirilən iclas zamanı növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarix də məlum olub. Seçkilər bu ilin dekabr ayına təyin edilib.
Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov insult səbəbindən vəfat edib və sentyabrın 3-də Səmərqənddə dəfn edilib.