Petra şəhərində qədim allahların heykəlcikləri tapılıb

Amerikalı arxeoloqlar İordaniyanın qədim Petra şəhərində ilahə Afroditanın iki mərmər heykəlciyini tapıblar. 
Heykəlciklərin bir hissəsi şəhərin cənub hissəsində qədim villada aparılan qazıntılar nəticəsində tapılmışdır. Başı və yuxarı ətrafları tapılmayan Afroditanın heykəlciyi mütəxəssislər tərəfindən bərpa olunmuşdur. Bundan başqa, onunla ilə müqayisədə xeyli yaxşı vəziyəttə olan Kupidonun heykəlciyi də tapılmışdır.
Mərmər heykəlciklərin Romadan olan heykəltəraş tərəfindən hazırlandığı qeyd olunub. Alimlərin dediyinə görə, yerli əhali Qədim Misirlə qonşuluq etdiyi zamanlardakı kimi qədim romalılarla da asanlıqla asimilə olub və başqa mədəniyyəti qəbul ediblər.
Arxeoloqların o vaxt yerli əhalinin həyatına aydınlıq gətirəcək bir çox tapıntıları da olub. Onlar yemək hazırlamaq və saxlamaq üçün xeyli keramik qabların, yağ lampalarının, heyvan sümüklərinin eləcə də üzərində zinət əşyaları olan insan qalıqlarının olduğu bir ev və üç türbə tapıblar.
Fotо: NC State University
Fotо: NC State University