“Putin Clintonu zəhərləmiş ola bilər”

ABŞ prezidentliyinə namizədlərdən biri Hillary Clintonun 11 sentyabr anma mərasimində az qala yerə yıxılması sonrası, sosial şəbəkələrdə “cinayətin” hansısa versiyada Rusiyanın üzərinə atıla biləcəyinə dair zarafatlar edilmişdi. Ancaq dünyaca məşhur bir həkim sosial şəbəkələrdəki zarafatları meydana gətirənləri belə təəccübləndirəcək iddia ortaya atıb.
Amerika futbol komandası “Pittsburgh Steelers”ın oyunçularının matçlarda başlarına aldıqları zərbələr səbəbi ilə öldüklərini sübut etdikdən sonra məşhurlaşan həkim Bennet Omalu, Clintona zəhərlənib-zəhərlənmədiyini öyrənməsi üçün qan analizi verməsi təklifini irəli sürüb.
Omalu sosial şəbəkədə paylaşdığı məlumatda, “Clintona qan analizi verməsinə dair tövsiyyə etmək məcburiyyətindəyəm. Zəhərlənmə ehtimalı var” , – deyə yazıb.
Lakin bu söylədikləriylə kifayətlənməyən Omalu, paylaşdığı ikinci yazısında Clinton üçün narahat olmasının səbəbinin, Rusiya prezidenti Vladimir Putin və Respublikaçıların prezidentliyə namizədi Donald Trumpa güvənməməsi olduğunu qeyd edib: “Cənab Putin və cənab Trumpa etibar etmirəm. Onlardan hər şey gözləmək olar”.
Bu açıqlamalardan sonra Bennet Omalunun sözləri dünya mətbuatının başlıqlarını bəzəyib. Artıq hər kəs Putin və Trumpın iddialara necə reaksiya verəcəyini gözləyir.