Putin: “Gazprom”u satmaq planımız yoxdur

Rusiya prezidenti Vladimir Putin “Gazprom”un dünya bazarında haqqı olan dəyəri görmədiyini ifadə edərək, hər şeyə rəğmən şirkəti satmağı planlaşdırmadıqlarını açıqlayıb.
Putin jurnalistlərə müsahibəsi zamanı “Gazprom” ilə bağlı fikirlərini bölüşüb: “Hazırda “Gazprom”u satmaq barədə düşünmürük. Bu vəziyyət ölkə iqtisadiyyatının, sosial sahənin və enerji sektorunun xüsusiyyətləri ilə bağlıdır”.
“Gazprom”un funksiyalarından birinin ölkəni payız-qış mövsümünə maksimum səviyyədə hazır keçirmək və Rusiyanı nəhəng enerjisi ilə təmin etmək olduğunu, şirkətin bunu reallaşdırdığını bildirən Putin, “Gazproma bu gün verilən dəyərin həddindən artıq az olduğunu düşünürəm. Ancaq bu bizi qorxuya salmır”, – deyərək sözlərini bitirib.