Qiyas İbrahimlinin məhkəməsi başlayır

Qiyas İbrahimov
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimlinin məhkəməsi başlayır. Məhkəmə iclası saat 17:00-da keçiriləcək.
Vəkili Elçin Sadıqovun bildirdiyinə görə, cinayət işi Ənvər Seyidovun icraatına verilib.
Nida Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. İttihamlar təsdiqlənərsə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözlənilir.
Lakin onlar bu ittihamı rədd edərək bildirirlər ki, Heydər Əliyevin abidəsinin üzərinə “Gul bayramınız mübarək!” və s. yazdıqları üçün həbs olunublar.
Bayram Məmmədovun ibtidai istintaqi isə hələ bitməyib. Xətai məhkəməsi Bayram Məmmədovun həbsini daha iki ay uzadıb.
MƏNBƏVOA
Əvvəlki məqaləMüdafiə naziri Zakir Həsənov BMT-nin tədbirində iştirak edəcək
Növbəti məqalədəAvropa çempionu İsveçrəyə məğlub olub – VİDEO