Referendum öncəsi təşviqat kampaniyası başlayır

Sentyabrın 26-na təyin edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar təşviqat kampaniyası bu gündən başlayır.
Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat sentyabr ayının 3-də başlayır.
Təşviqat kampaniyası sentyabr ayının 25-i, saat 08:00-da başa çatır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.