Referendumu izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib.
Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir. 135 nəfər öz təşəbbüsü ilə qeydə alınıb.
M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında (DSK) 37 429 müşahidəçi qeydiyyata alınıb.
MƏNBƏReport
Əvvəlki məqalə“Sony” ev işini görən robot buraxacaq
Növbəti məqalədəABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 11 şirkəti əlavə edib