Rusiya Türkiyəyə qarşı daha bir qadağanı ləğv edib

Rus tələbələrin təhsil üçün Türkiyəyə gəlməsi barədə Rusiya höküməti tərəfindən qoyulan qadağa aradan qaldırılıb.
Rusiya Təhsil Nazirliyinin Beynəlxalq departamentinin direktoru Nikolay Toyvonen jurnalistlərə mövzu ilə bağlı açıqlama verib: “Bir müddətdir tələbələrimizin Türkiyəyə getməsinə dair bəzi məhdudiyyətlər var idi. Bunun səbəbi onların təhlükəsizliyinə təminatın olmaması idi. Lakin artıq turistlər üçün çarter uçuşlara icazə verilib. Buna görə də artıq belə bir məhdudiyyət yoxdur”.
Xatırladaq ki, iki ölkə arasında əlaqələrin yenidən normallaşması dövründə, tərəflər bir çox məhdudiyyətlərin ləğvinə razılıq verib.