Rusiya və Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi ilə bağlı bəyanat imzalayıb

Rusiya və Səudiyyə Ərəbistanı istehsalın məhdudlaşdırılması daxil olmaqla, neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb.
Bu bəyanatla birlikdə güclənən iki böyük istehsalçı neft bazarında sabitliyin qorunmasını planlaşdırır.
Razılaşmanın əldə edildiyi sənəd G20 sammiti çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid bin Abdel Əziz əl-Faleh tərəfindən imzalanıb.
Rusiyalı nazir iki ölkənin strateji enerji ortaqlığı qurduğunu və qurulan etibarlı mühit sayəsində qlobal problemlərin həll yolunun tapıla biləcəyini bildirib.