Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Açıqlamaya görə, iki lider Suriyadakı böhranla əlaqədar müzakirələr aparıb və həll yolunun tapılması üçün bütün çalışmaların birlikdə davam etməsi mövzusunda razılaşıblar.
Danışıq zamanı Erdoğan Hələbdə tezliklə atəşkəsin təmin edilməsinin böyük əhəmiyyətə malik olduğunu deyib.
Hər iki ölkə başçısı Suriya sərhədinin  İŞİD daxil olmaqla bütün terror qruplaşmalarından təmizlənməsinin vacib olduğunu qeyd edib.