Rusiya veteranları Siyavuş Novruzovu mükafatlandırıb – foto

Siyavuş Novruzov ”Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub. Bu barədə SİA məlumat yayıb. 
Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakovun əmrinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub.
Sentyabrın 14-də Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

siyavus-mukafat siyavus-mukafat1