Rusiyada parlament seçkiləri keçirilir

Bu gün Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.
7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva şəhərində 7 mindən çox seçki məntəqəsi açılıb.
Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.