Rusiyadan İngiltərəyə “Suriya” cavabı

Rusiyanı Suriyadakı müharibənin müddətini uzatmaqda günahlandıran İngiltərə Xarici İşlər Naziri Boris Johnsona Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharova cavab verib.
İngiltərə Xarici İşlər Naziri Boris Johnsonun BBC kanalına verdiyi açıqlamada, Rusiyanı Suriyada müharibəni uzatmaq və vəziyyəti pisləşdirməkdə günahlandırmasına sosial şəbəkədən cavab verən Zaharova, “Hər şey doğrudur, iki söz xaricində: ‘Rusiya’ yerinə ‘İngiltərə’, ‘Suriya’ yerinə ‘İraq’ istifadə edilsə”, – deyə qeyd edib.
Xatırladaq ki, İngiltərə höküməti dəfələrlə Rusiyanı Suriyada davam etməkdə olan prosesləri çətinləşdirdiyi üçün qınayıb.