Səddam Hüseynin sarayı muzeyə çevrilib

İraqın cənub-şərqindəki Bəsrə şəhərində Səddam Hüseynə məxsus keçmiş saray muzeyə çevrilib.
Muzeydə qədim dövrlərə məxsus əşyalar, o cümlədən, eramızdan 400 il əvvələ aid gil qablar və  dəmir pullar sərgilərnir. Muzeyin direktorunun sözlərinə görə, sarayın muzey binası kimi istifadə edilməsinə səbəb, humanizmin tiraniya atmosferini əvəz etməsini göstərməkdir.
Maliyyə çətinlikləri səbəbilə, muzeydə sadəcə bir zal fəaliyyət göstərir. Zalın rekonstruksiyası üçün 750 min dollar xərclənib. Xərclərin böyük hissəsi İngiltərə xeyriyyə qurumlarının ianəsi hesabına qarşılanıb.
İraqın keçmiş lideri bu sarayda, 2003-cü ildə çevriliş olana qədər yaşayıb. Ondan sonra saraya Britaniya ordusu üçün yeməkxana qurulub.
Səddam Hüseyin 1973-cü ilə qədər İraqa rəhbəlik edib. 2003-cü ildə ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi koalisiyası ölkəyə daxil olduqdan sonra həbs olunub. 2006-cı ildə  ona ölüm hökmü verilib və dekabrın 30-da hökm icra olunub.