Səudiyyə Ərəbistanın baş müftisi: “İranlılar müsəlman deyil”

Səudiyyə Ərəbistanın ali din xadimi bəyan edibki, İran liderləri müsəlman deyillər və onlar Sünni müsəlmanlara düşmən kimi davranırlar.
Baş Müfti Şeyx Əbdül-Əziz ibn Abdullah Əl-Şeyx bunu İran Ali Liderinin Səudiyyə Ərəbistanı illik Həcc ziyarətini təşkil edə bilməməkdə günahlandırmasına cavab olaraq deyib.
Baş Müfti deyib ki, İran Ayətullahının bu ittihamı gözlənilən idi. O da öz növbəsində, İran dini liderlərini İranın islamdan öncəki qədim dini olan Zərdüştlüyə sadiq qalmaqda ittiham edib.
Əhalisinin 90 faizi sünni olan Səudiyyə Ərəbistanı 7-ci əsrdən bəri 95 faizi şiə olan İran ilə konfliktli münasibətdədir.
“Biz başa düşməliyik ki, onlar müsəlman deyillər. Onlar Zərdüştün nəvələridirlər və onların müsəlmanlara, xüsusilə də Ənənə Camaatına (Sünnilərə) qarşı düşmənçiliyi qədimdən gəlir”, deyə müfti bildirib.
İran ayətullahı Əli Xameneyi səudiyyəliləri ötən il Həcc ziyarəti zamanı başverən izdihamda zəvvarların “öldürülməsində” günahlandırmışdı.
Həmin izdihamda azı 2426 nəfər dünyasını dəyişmişdi ki, bunlardan da 464-ü iranlı idi.Səudiyyə höküməti isə cəmi 769 nəfərin öldüyünü bildirmişdi.
Ayətullah heç bir sübut göstərmədən bildirmişdi ki, səudiyyəlilər həmin hadisədə amansızcasına ölülərlə yaralıları eyni konteynerlərə salmışdılar.
“Zəvvarlara tibbi yardım göstərmək, ən azından susuzluqlarını yatırtmaq əvəzinə, onlar öldürülmüşdülər”, deyə Ayətullah çıxış etmişdi.