Şimali Koreyada “France Press” agentliyinin nümayəndəliyi açılıb – FOTO

Beynəlxalq xəbər agentliyi AFP (Agence France Presse) Şimali Koreyanın paytaxtı Pxenyanda nümayəndəlik açıb.
Açılış üçün getdiyi Pxenyanda atılan addımın təşkilat üçün çox əhəmiyyətli olduğunu qeyd edən agentliyin rəhbəri Emmanuel Hoog, “Burada açdığımız nümayəndəliklə birlikdə 150 ölkədə 200 büroyla fəaliyyət göstərən AFP üçün böyük bir boşluğu doldururuq. AFP quruluş dəyərlərimiz arasında olan xəbər alma və ifadə azadlığının arxasındadır”, – deyə bildirib.
AFP ilə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) arasında bu ilin əvvəlində imzalanan müqavilə çərçivəsində, fransız xəbər agentliyi tərəfindən təlim keçilən Şimali Koreyalı fotoqraf və operator ölkədə baş verənləri dünyaya çatdıracaq.
Eyni zamanda AFP tərəfindən də ölkəyə jurnalistlər göndəriləcək.

afp