SOCAR-ın indiki binasında hansı qurumun yerləşəcəyi məlum olub

Bu ilin sonuna kimi SOCAR-ın mənzil-qərargahının bütün heyəti SOCAR Tower-ə köçəcək.
Bəs köhnə ofis necə olacaq? Bu tarixi bina dövlətə qaytarılacaq, yoxsa SOCAR-ın balansında qalacaq? Məsələ burasındadır ki, Azərbaycanın neft sənayesini 1920-ci ildə Rusiya kommunistləri milliləşdirib, bu zaman indiki bina “Azneft”ə verilib.
Turan-ın məlumatına görə, bu binada “Azneft” İB yerləşəcək. O, hazırda “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşir. İB özü ofis tutur və buna xeyli vəsait ödəyir, deyə agentliyin müsahibi bildirib.