“Sony” ev işini görən robot buraxacaq

Yaponiyanın tanınmış “Sony” korporasiyasının tərtibatçıları fəal olaraq ev üçün nəzərdə tutulmuş unikal robot androidin tərtibatına başlayıblar. 
Bu barədə “Sony” şirkətinin istehsal şöbəsinin baş direktoru Kaz Xirai bildirib.
Onun sözlərinə görə, yeni ev android robotu yeni texnologiya və tərtibatları süni intellekt sahəsində birləşdirəcək.
Robotun pərakəndə qiyməti hələlik sirr saxlanılır. Ancaq mütəxəssislərin fikrincə, “Sony” şirkətinin ev köməkçisi olan robotunu ancaq imkanlı ailələr əldə edə biləcəklər.