Suriya Ordusu Hələb şəhərini mühasirəyə alıb

Suriya Ordusu Hələb şəhərindəki Suriyalı müxalifləri mühasirəyə alıb.
Suriyada hökumət qüvvələrinin, Hələb şəhərinin cənubundakı hərbi qışlaqları ələ keçirərək, şəhərin şərqindəki müxalifləri yenidən mühasirəyə aldığı bildirilir.
Suriya dövlət mediası da hərbi qışlanın yenidən hökumət qüvvələrinin əlinə keçdiyi məlumatını yayıb.
Qeyd edək ki, Suriya ordusunun keçirdiyi əməliyyata rus təyyarələri də dəstək verib.