Suriya rəhbərliyi ölkə ərazisində tətbiq ediləcək atəşkəs rejiminə dair sazişi dəstəkləyib

Suriya rəhbərliyi Rusiya və ABŞ XİN rəhbərləri Sergey Lavrov ilə John Kerrynin əldə etdikləri ölkə ərazisində atəşkəs rejiminin tətbiqinə dair sazişi dəstəkləyib.
Suriya Dövlət Televiziyasının yaydığı xəbərə görə, qərar humanitar yardımın təmin olunması məqsədi ilə qəbul edilib.
Qeyd edək ki, ABŞ və Rusiya Xarici İşlər Nazirləri arasında baş tutan görüşdə əldə edilən razılaşmaya əsasən, Suriyada hərbi əməliyyatlar sentyabrın 12-dən etibarən dayandırılmalıdır.
Bu arada mətbuata bağlı reallaşan və iki lider arasında 15 saat davam edən görüşü təqib edən jurnalistlər son 4 saatda mətbuat konfransının keçirildiyi otaqda gözlədilərək, çölə çıxmalarına icazə verilməyib.
Lavrov mətbuat konfransından əvvəl jurnalistlərə pizza və araq təqdim edərkən, “Pizzalar ABŞ-dan, araq isə Rusiyadan”, – deyə qeyd edib. Rusiyalı nazirin bu ifadəsi konfrans zalında gülüşmələrə səbəb olub.