Suriyada atəşkəs başladı

Suriya ərazisində atəşkəs sentyabrın 12-si yerli vaxtla saat 17.00-dan etibarən rəsmi qüvvəyə minib.
Rusiyalı rəsmilərin gün ərzində atəşkəslə bağlı açıqlamalarında bildirilib ki, əgər əldə edilən razılaşmaya əməl olunsa, ABŞ və Rusiya ortaq hərəkət etməyə davam edəcək.
Qeyd edilir ki, Rusiya Hərbi Hava Qüvvələri ölkədəki terroristlərin mövqelərin bombardmanını dayandırmayacaq.
Suriya ordusu, həmçinin üsyançılar atəşkəsə əməl olunacağını bəyan ediblər.