Suriyada silsilə partlayışlar törədilib, 23 nəfər ölüb – VİDEO

Suriya Dövlət Televiziyası ordu nəzarətində olan üç şəhərdə dörd ayrı partlayışın törədildiyi məlumatını yayıb.
Suriyadan ilk partlayış xəbəri rus donanmasının yerləşdiyi Tartus şəhərindən gəlib. Şəhərin girişindəki Arzuna körpüsü ətrafında ardıcıl iki partlayış meydana gəlib. Hərbi qaynaqlar hadisə nəticəsində ən azı 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını açıqlayıb.
Tartus şəhəri ilə yanaşı paytaxt Şam və Humus şəhərində də partlayışlar törədilib. Humus hərbi nəzarət nöqtəsinə bomba yüklü avtomobillə həyata keçirilən hücumda 2 əsgərin öldüyü, 7 nəfərin isə yaralandığı məlumatı verilib.
Dövlət Televiziyası üç ayrı şəhərdə baş verən hadisələr zamanı ümumilikdə 18 nəfərin həyatını itirdiyini bildirib.
Digər tərəfdən France-Presse agentliyi (AFP) Haseke bölgəsində də partlayış olduğunu və 5 nəfərin öldüyünü açıqlayıb.