SWIFT hakerlərlə mübarizə üçün yeni üsul tapıb

Beynəlxalq ödəmə sistemi olan SWIFT müştərilərini fırıldaqçılardan qorumaq üçün təhlükəsizlik tədbilərini gücləndirəcək.
Təşkilatın press-relizində, 2016-cı ilin dekabrından müştərilərindən gündəlik əməliyyatlar haqqında hesabatları təstiqləməyi istənəcək.
Hesabata müştərinin SWIFT-terminalından göndərilən bütün ödəmə təlimatları da daxil ediləcək. Bundan əlavə, sənəddə risklər, ödəmələrin müştəriyə xarakter olub olmadığı da göstəriləcək. Məlumatlar müştəriyə fərqli kanaldan daxil olacaq.
Yeni təhlükəsizlik üsullarının tətbiq edilmə səbəbi, hakerlərin ABŞ Federal Rezerv sistemində Banqladeş Mərkəzi bankına məxsus hesablardan 81 mln dollar məbləğində pul oğurlaması olmuşdur. Fırıldaqçıların SWIFT vasitəsilə hesablara giriş əldə edildiyi hesab olunur. Bundan başqa, avqustun sonunda şirkət sistemə yeni kiberhücumların olduğu barədə məlumat vermişdi.