Taleh Bağırzadənin İlham Əliyevlə bağlı sualı məhkəməni təxirə saldı

“Nardaran işi” üzrə sentyabrın 23-də keçirilən məhkəmə iclasında növbəti qalmaqal yaşanıb. 
Sentyabrın 22-də keçirilən məhkəmə iclasında baş verən mübahisədən və ittiham olunanlardan biri Abbas Hüseynovun məhkəmədən uzaqlaşdırılmasından sonra məhkəmə təxirə salınmışdı.
Buna da baxın: “Nardarana başını bağlayıb min oyundan çıxan qadınlara görə getmişdin?”
Bu gün keçirilən məhkəmə yenə təxirə salınıb. İttiham olunan şəxslərdən biri Abbas Hüseynov məhkəməyə gətirilməyib. Bununla bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tələb edib ki, məhkəmə Abbas Hüseynin prosesdə iştirakını tələb etsin. İttiham olunan şəxslər onun iştirakının təmin olunmayacağı təqdirdə, arxalarını məhkəməyə çevirməklə etiraz edəcəklərini bildiriblər.
Bu zaman hakimlər məhkəmədən vaxt istəyiblər ki, müdafiə etdikləri şəxslərlə məsləhətləşsinlər. Məsləhətləşmədən sonra vəkillər vəsatət verib ki, Abbas Hüseynovun məhkəmədə iştirakı təmin edilsin.
Məhkəmə vəsasəti təmin etməyib. Həmin vaxt məhkəmə zalında mübahisə düşüb, qalmaqal yaranıb.
Buna da baxın: “Ölkəni elə günə salıblar ki, doğulan uşaq rüşvət verməsə, dünyaya gələ bilmir”
Bundan sonra Taleh Bağırzadə hakimə deyib ki, sizə sual vermək istəyirəm. Hakim də ona söz verib. Taleh Bağırzadə deyib ki, “26 sentyabr referendumundan sonra İlham Əliyev kral olacaq, yoxsa padşah?” 
Sualdan sonra ittiham olunan şəxslər məhkəmə zalında “İstefa”, “Azadlıq” şüarları səsləndirməyə başlayıblar. Bu zaman qalmaqalın içində, səs-küydə hakim elan edib ki, məhkəmə təxirə salınır.