Taleh Bağırzadənin şikayəti təmin edilməyib

Bu gün Səbail rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin şikayətinə baxılıb və təmin edilməyib.
Bu barədə vəkil Zibeydə Sadıqova sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilərkən və BMCMİ-də saxlanılarkən işgəncəyə məruz qalması faktıyla bağlı Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayət vermişdi.