Türkiyədə atışma: 3 ölü, 6 yaralı – VİDEO

Türkiyənin Van və Hakkari vilayətlərində yerli əhali ilə PKK terroristləri arasında baş vermiş atışma nəticəsində 1-i əsgər 3 nəfər həlak olub, 6 əsgər yaralanıb.
Atışmadan sonra bölgədə havadan və qurudan əməliyyatlar başlayıb. PKK mövqeləri bombardman edilib, 20-dən çox terrorçu öldürülüb.
Yaralı əsgər və dinc sakinlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Əməliyyat tədbirləri davam edir.