Türkiyədə daha 820 hərbçi ordudan ixrac edilib

Türkiyə Müdafiə Nazirliyi, 820 hərbçinin Türkiyə Silahlı Qüvvələrindən (TSK) ixrac edildiyini açıqlayıb.
Rəsmi “Twitter” hesabından məlumatı paylaşan nazirlik, “Fetullahçı Terror Təşkilatı”-na (FETÖ) qarşı aparılan istintaq çərçivəsində quru və dəniz qoşunlarında xidmət edən 648-i məhbus 820 hərbi qulluqçunun ordu ilə əlaqəsinin kəsildiyini bildirib.