Türkiyədə PKK ilə atışma davam edir: 33 terrorist öldürülüb

Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində türk əsgərlərin PKK ilə atışması davam edir.
Səhər saatlarında başlayan və havadan, qurudan dəstəkli davam edən əməliyyatlarda açıqlanan rəsmi rəqəmlərə görə, 30 terrorist öldürülüb, 33-ü isə yaralanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında 1 əsgərin şəhid olduğu, 7 əsgərin isə yaralandığı məlumatı verilib.