Türkmənistanda Konstitusiyaya dəyişikliklər edilib

Türkmənistanda prezident seçilmək üçün yaş senzi ləğv edilib və prezidentlik müddəti artırılıb.
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
Qeyd edək ki, bu məsələlər Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada öz əksini tapıb. Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.
2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.
Artıq “yaşı 70-dən yuxarı olmayan” tələbi qanundan çıxarılıb.