“Twitter” işarə siyasətində dəyişiklik edir

“Twitter” sosial şəbəkəsi işarə özünün siyasətini dəyişməyi qərara alıb.
Yeni qaydalara əsasən mikrobloqdakı mediakontentlər və sitat kimi verilən başqa “tvit”lər bədnam 140 işarə çərçivəsində sayılmayacaq. Yəni bunları paylaşmaqla bərabər, 140 işarədən ibarət müşayiətçi yazı da vermək mümkün olacaq.
Yenilik sentyabrın 19-dan tətbiq ediləcək. İstifadəçilər hər hansı bir mətni yenə 140 işarə çərçivəsinə tabe olaraq yazacaq; ancaq fotoşəkil, GIF kimi paylaşımları edərkən istifadə edilən işarə kvotası ləğv ediləcək.
Lakin sosial şəbəkənin yeni qaydaları eyni anda, yoxsa tədricən tətbiq edəcəyi hələ dəqiqləşməyib.