Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında növbəti dəyişiklik

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 491-ə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib və hazırda 328 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Qeyd edək ki, ümumilikdə bu səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 814-dən 819-a çatıb.