Volter Fransanın XVIII əsr maarifçilərinin ən görkəmli nümayəndələrindən biridir. Volter hər zaman bütün insanların qanun qarşısında bərabər olmasını tələb edirdi. Bu məqalədə Volterin məşhur sitatları toplanılıb. Həmin sitatları təqdim edirik.
-
Kişilər qadınlara zəif olmağı öyrətməlidirlər, çünki qadınlar kişilərsiz də güclü olmağı bacarırlar.
-
Optimizm əslində hər şeyin pis olduğu vaxtda insanın özünü yaxşıya yönəltmə ehtirasıdır.
-
Cənnətdə hava yaxşıdır, cəhənnəmdə isə insan kompaniyası.
-
Sizi kimin idarə etdiyini anlamaq üçün kimi müzakirə etməyinizə icazə vermirlərsə, ona baxın.
-
Bu həyatda təsadüflər olmur – baş verənlər ya mükafat, ya cəza, ya ibrət, ya da ki sınaqdır.
-
Qadınların yalnız yaşlarının neçə olduğu sirrini qoruya bilirlər.
-
İlk öncə özünüzü dəyişməyə çalışın və sonra başqalarının dəyişmə şansınızın nə qədər bərbad olduğunu anlayacaqsınız.
-
İnsanın həyatın mənasını, gözəlliyini başa düşməsi üçün xəyal etmə bacarığı olmalıdır.
-
Başqalarının sirrini açmaq satqınlıq, öz sirrini açmaq isə ağılsızlıqdır.
-
Tanrı qadını sırf kişini əhilləşdirsin deyə yaratdı.
-
Fikirləşin və başqalarına fikirləşməyə icazə verin.
-
Azadlıq sizə verilən deyil, sizdən qoparıla bilməyən nemətdir.
-
Mən sizin fikrinizlə razı olmaya bilərəm, ancaq sizin öz fikrinizi söyləyə bilmək haqlarınız uğrunda canımdan belə keçməyə hazıram.
-
Hər bir insan etmədiyi yaxşılıqdan dolayı günahkardır.
-
İlluziya zövqlərin ən öndə gedənidir.
-
İnsanları verdiyi cavablara görə deyil, suallara görə qiymətləndirin.
-
Nə vaxtsa hər şey yaxşı olacaq deyiriksə – bu ümiddir,
Hər şey bu gün yaxşıdır demək isə – artıq illuziyadır.
-
60 yaşına qədər kişilər qadınlar üçün, 60-dan sonra isə özləri üçün yaşayırlar.
-
İnsanların çoxu piyanların evlərini axtardıqları kimi xoşbəxtlik axtarırlar. Tapa bilmirlər ancaq bilirlər ki, hardasa xoşbəxtlik var.
-
Azadlıq, yaxşılıq və həqiqət amilləri üçün həyatı sevməyə dəyər.
Tərcümə: Asya Cəlilova