Yeni istifadəyə verilmiş velosiped zavodu bağlanıb? – rəsmi

Bu gün İsmayıllıda bir ay əvvəl prezidentin açılışında iştirak etdiyi velosiped zavodunun fəaliyyətini dayandırdığı barədə xəbər yayılıb.
Xəbərdə deyilir ki, İsmayıllıda prezidentin açılışını etdiyi zavod fəaliyyətini dayandırıb. Yenicə istifadəyə verilmiş “İsma Bikes” velosiped zavodu artıq işləmir.
Açılışından bir ay keçməmiş zavod fəaliyyətini dayandırmasının səbəbi isə bəlli deyil. Hətta yerli sakinlərdən biri iddia edib ki, açılışında nümayiş olunan velosipedlər də bu zavodda istehsal olunmayıb, kənardan gətirilib.
Abzas.net olaraq məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov zavodun bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib:
“Bu cür xəbərlərin doğruluqla heç bir əlaqəsi yoxdur. Zavod bağlanmayıb və hazırda fəaliyyətini davam etdirir”.
Xatırladaq ki, “Isma Bikes” velosiped zavodu yenicə istifadəyə verilib. Zavodun inşası üçün 7 milyon manat vəsaitin xərcləndiyi bildirilir.