“YPG is terrorist”

G20 Liderlər Sammiti çərçivəsində Çində ABŞ prezidenti Barack Obama ilə görüşən Türkiyə prezidenti Erdoğanın YPG mövzusunda dəstək istəmək üçün ilk dəfə ingiliscə danışdığı bildirilir.
Dünən Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ prezidenti Barack Obama 15 iyulda baş vermiş çevrilişə cəhdin ardından ilk dəfə G20 sammitinə ev sahibliyi edən Çində bir araya gəlmişdi.
Türkiyə mətbuatı Erdoğanın görüşdə ilk dəfə YPG ilə əlaqədar olaraq Obamaya ingilis dilində səsləndiyi barədə məlumat yayıb. Erdoğanın “YPG is terrorist” dediyi bildirilən xəbərdə, “Prezident Erdoğan, PYD-nin silahlı qolu olan və PKK-nın bir hissəsini təşkil edən YPG-ni ilk dəfə ingiliscə tələffüz etdi”, – deyə qeyd edilib.