Yunanıstanda sərt anti-türk qərarlar qəbul olunub

Türk dilində təhsil verən 9 məktəb bağlanıb. Bundan başqa digər etnik azlıqlara məxsus 60 məktəbin də fəaliyyəti dayandırılıb.
Yunanıstanda türklərin çoxluqda yaşadığı bölgə sayılan Qərbi Trakyada, türk dilində təhsil verən 9 məktəb bağlanıb. Bundan başqa digər etnik azlıqlara məxsus 60 məktəbin də fəaliyyəti dayandırılıb.
Qərarla bağlı yunan hökuməti açıqlama yayıb. Yunanıstan Təhsil Nazirliyi qərarı həmin məktəblərdə şagirdlərin sayının az olması ilə əlaqələndirib.
Türk dilində dərslərin də keçirildiyi məktəblərdən birinin müəllimi Ahmet Arif mediaya açıqlamasında, yunan hökumətini yalan danışmaqda təqsirləndirib: “Son vaxtlar məktəbimizə gələn şagirdlərin sayı artmışdı. Bu il liseydə 175 yeni şagird qeydə alınıb. Bununla da məktəbdəki şagirdlərin sayı 820-yə çatıb. Təhsil Nazirliyinin verdiyi qərarın arxasında irqçilik durur”.